Praqada Rusiya əleyhinə aksiya keçirildi

Praqada Rusiya əleyhinə aksiya keçirildi

Çexiyanın paytaxtı Praqada Ukraynaya dəstək aksiyası keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“On minlərlə etirazçı “Çexiya qorxuya qarşı” və “Biz bununla məşğul ola bilərik” sözləri yazılmış plakatlar açıb. Aksiya iştirakçılarının əllərində Çexiya, ABŞ, NATO və Ukrayna bayraqları olub”,- məlumatda deyilir.

Aksiyaçılar bir neçə gün əvvəl keçirilmiş rusiyayönlü aksiyanı pisləyiblər.

Təşkilatçılar bildiriblər ki, qorxu ilə üz-üzə gələn çex xalqına təşəkkür edirlər:

“Çoxlarının qorxduğu aydındır. Amma bu, heç də həmişə pis bir hal deyil. Qorxu bizə sağ qalmağa kömək edən yaxşı xidmətçidir”.

Teqlər: