Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.
AzerTimes Trend-ə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisində qeydə alınıb.
Belə ki, Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisində “Prado” markalı avtomobil “Qazel”lə toqquşub. Qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb. İki nəfər – Laçın rayon sakinləri, 1995-ci il təvəllüdlü Şəfa İmdad oğlu Ağayev və 1987-ci il təvəllüdlü Dəyanət Məhərrəm oğlu Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.