Poznanda Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib (FOTO)

Polşanın Poznan şəhərində Xocalı faciəsinin 30-cu ildönümü ilə
əlaqədar dinc aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, Polşa
Azərbaycanlıları Şurasının və Poznanın azərbaycanlı icmasının birgə
təşkilatçılığı ilə şəhərin izdihamlı məkanlarından birində baş
tutan aksiya zamanı Xocalı soyqırımının dəhşətlərini əks etdirən
fotosərgi nümayiş olunub. Yerli sakinlərə ingilis və polyak
dillərində Xocalı soyqırımı həqiqətlərinin əks olunduğu bukletlər
və QR-kodlu fincanlar paylanılıb. Nəzərə çatdırılıb ki, kod
vasitəsilə Xocalı soyqırımına dair ətraflı məlumat əldə etmək
mümkündür.


Aksiya “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası
çərçivəsində gerçəkləşdirilib.

Teqlər: