İndi biz tranzit imkanlarımızın potensialını tam həcmdə işə salmaq niyyətindəyik.
AzerTimes xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 16-da Səmərqənddə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü zamanı deyib.
Dövlət başçısı bildirib:
“Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalanandan sonra da müxtəlif sahələr üzrə mühüm sənədlər imzalanıb və Sizin qeyd etdiyiniz kimi, bütövlükdə görürük ki, əmtəə dövriyyəsində və nəqliyyat sahəsində yükdaşımaların həcmi artır. Bundan əlavə, indi biz tranzit imkanlarımızın potensialını tam həcmdə işə salmaq niyyətindəyik. Belə ki, nəticələr göz qabağındadır. Əminəm ki, biz bu ili bütün istiqamətlər üzrə yaxşı nəticələrlə başa vuracağıq”.