Postpandemiya dövründə karyera inkişafı və ixtisas seçimi müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Türkiyə Respublikasının İş Qurumunun (İŞKUR) əməkdaşlığı çərçivəsində Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasına (WAPES) üzv təşkilatlar üçün “Postpandemiya dövründə karyera inkişafı və ixtisas seçimi” mövzusunda virtual konfrans təşkil olunub.

Dünyanın müxtəlif ölkələrindən 72 nümayəndənin qatıldığı konfransda ilk olaraq Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və İŞKUR-un direktoru Kağan Güldoğanın açılış mərasimində çıxış edib.

M.Abbasbəyli Agentliyin fəaliyyət istiqamətləri haqqında məlumat verib, postpandemiya dövründə həyata keçirilən sosial dəstək tədbirlərdindən danışıb. Bildirib ki, karantin rejimi dövründə Agentlik tərəfindən göstərilən məşğulluq xidmətləri elektron müstəviyə keçirilib, yeni rəqəmsal layihələrin həyata keçirilməsinə başlanılıb.


Daha sonra Beynəlxalq Əmək Təşkilatının nümayəndəsi tərəfindən dünyada pandemiyadan sonra karyera seçimində baş vermiş dəyişikliklər barədə məlumat verilib. Ardınca isə Dövlət Məşğulluq Agentliyi tərəfindən pandemiya dövründə peşəyönümü məsləhət xidmətlərinin hədəf qruplarına daha əlçatan olması üçün başladılan “Alo Karyera” dəstək xidməti və digər layihələr barədə təqdimat edilib.

Sonda WAPES-in Avropa üzrə Vitse Prezidenti çıxış edərək ölkələr arasında təcrübə mübadiləsinin aparılması baxımından konfransın təşkilini yüksək qiymətləndirib və Dövlət Məşğulluq Agentliyinə təşkil etdiyi konfansa görə təşəkkürünü bildirib.

Teqlər: