Portuqaliyanın paytaxtında cüdo üzrə Avropa çempionatına start verilir

Bu gün Lissabonda 44 ölkənin idmançıları ilə birgə Azərbaycan cüdoçuların iştirak edəcəyi Avropa çempionatına start verilir.

AzerTimes-ın məlumatına görə, 16-18 aprel tarixlərində keçiriləcək turnirdə 359 cüdoçu yarışacaq. Dünən keçən püşkatmadan sonra idmançılarımızın rəqibləri bəlli olub:

Kişilər

60 kq

1/16 final. Kəramət Hüseynov – Nikolae Foça (Moldova)

66 kq

1/8 final. Nicat Şıxəlizadə – Matej Polyak (Slovakiya)

1/8 final: Orxan Səfərov – Amit Boboviç (İsrail)

81 kq

1/8 final. Murad Fətiyev – Vedat Albayrak (Türkiyə)


1/16 final. Hidayət Heydərov – Niklas Blox (Almaniya)

100 kq

1/16 final. Zelim Kotsoyev – Aaron Fara (Avstriya)

1/16 final. Elmar Qasımov – Toma Nikiforov (Belçika)

+100 kq

1/8 final. Uşangi Kokauri – Daniel Allerstorfer (Avstriya) / İvan Çoviç (Xorvatiya) cütünün qalibi

Qadınlar

+78 kq

İrina Kindzerska – Lea Fonteyn (Fransa)

Teqlər: