Portuqaliyalı futbolçu “Əl-İttihad”a keçir

Portuqaliyalı futbolçu “Əl-İttihad”a keçir

“Latsio”nun müdafiəçisi Nuno Tavares karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

AzerTimes xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, “Əl-İttihad” portuqaliyalı futbolçunu transfer etmək istəyir.

İtaliya klubu Tavaresi satmağın əleyhinə deyil. Onlar 25 yaşlı sol cinah müdafiəçisinin satışından 20-25 milyon avro gəlir əldə etməyi planlaşdırırlar.

Teqlər: