Portuqaliyada hava limanları işçilərinin tətili son sutkada 200-dən çox uçuşun ləğvinə səbəb oldu.
AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, təkcə Lissabonda ən azı 166 uçuşun ləğv edildiyi bildirilir.
Həmkarlar ittifaqları Porto, Faru, Funşal və Porto-Santo hava limanlarında işçiləri tətilə çağırıblar.