Portuqaliyanın mərkəzi hissəsində tüğyan edən meşə yanğınları nəticəsində azı 19 nəfər həlak olub.
Onlardan 16-sının öz maşınında yanaraq öldüyü bildirilir.
“Biz 19 nəfərin öldüyünü təsdiq edirik – hamısı mülki şəxslərdir. Onların 3-ü tüstüdən boğulub, daha 16-sı isə öz avtomobilində Fiqeyro-duş-Vinyuşdan Kastanyera-de-Peraya gedən yolda çıxılmaz vəziyyətə düşərək yanıb”, – deyə daxili işlər üzrə dövlət katibi Xorxe Qomes mətbuata açıqlamasında bildirib.
** 12:01 ** ▼
Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.