Portuqaliyada “Belenenseş” futbol klubu ölkə çempionatının 12-ci turu çərçivəsində “Benfika” ilə ev oyununa cəmi 9 futbolçu ilə çıxıb.
Trend xəbər verir ki, hətta meydana daxil olanlardan ikisinin qapıçı olduğu məlum olub.
Bildirilir ki, klub heyətindəki kütləvi koronavirusa yoluxma hallarında görə belə bir addım atmalı olub. Oyuna tam olaraq əsas heyətiylə çıxan “Benfika” isə ev sahibinin qapısın elə ilk yarıda 7 qol vurub.
İkinci tayma “Belenenseş” ümumiyyətlə yeddi nəfərlə çıxıb. Start fitindən sonra futbolçulardan birinin zədəli olduğunu iddia edərək meydanı tərk edib.
Bundan sonra hakim oyunu dayandırmağa məcbur olub.