Dəhşətli meşə yanğınları səbəbindən Portuqaliyanın Odemira əyalətindən 1400 nəfər təxliyə olunub.
AzerTimes xəbər verir ki, bu barədə “Publico” nəşri məlumat yayıb.
Məlumata görə, şənbə günündən başlayan yanğınlar nəticəsində üçü yanğınsöndürən olmaqla 4 nəfər yaralanıb.
Yanğınlar əsasən Leyria və Oren yaşayış məntəqələri ərazisində davam edir.
Yanğınlarla mübarizəyə ölkənin müxtəlif hissələrindən mindən çox yanğınsöndürən cəlb olunub. Havaların həddən artıq isti keçməsi yanğınların söndürülüməsinə mane olur. Santaren əyalətində 46.4 dərəcə temperatur qeydə alınıb.