Rusiyalı milyarder Roman Abramoviçin Portuqaliyanın cənubunda
yerləşən Alqarve bölgəsindəki 10 milyon avroluq malikanəsinə həbs
qoyulub.
Trend xəbər
verir ki, bu barədə “Publico” qəzeti yazır.
Məlumata görə, Abramoviçin investisiya holdinqinə məxsus
“Millhouse Views” MMC bu əmlakı satmağa cəhd etsə də,
Portuqaliyanın “Caixa Geral de Depositos” bankı bu barədə ölkə
polisinə məlumat verib.
Qeyd olunur ki, martın 25-dən R.Abramoviçin əmlakına həbs Xarici
İşlər Nazirliyinin tələbi ilə qoyulub.
Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar Roman Abramoviç,
o cümlədən onun “Çelsi” klubu Avropa İttifaqı və Böyük Britaniyanın
sərt sanksiyalarına məruz qalıb.