Portuqaliyada 17 min hektar meşə yanaraq kül oldu

Portuqaliyada 17 min hektar meşə yanaraq kül oldu

Portuqaliyada Estrela dağlıq bölgəsində 10 gündür davam edən meşə yanğınlarında 17 min hektar ərazi yanıb.

AzerTimes xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Məlumata əsasən, yanğınsöndürmə işlərində iştirak edən 1100 zabitdən 3-ü ağır olmaqla, 19-u yaralanıb.

Ümumiyyətlə, yanğının qarşısını almaq üçün 356 maşın, 13 təyyarə əraziyə cəlb olunub.

Teqlər: