Bu gün futbol üzrə Dünya Çempionatının Avropa zonası üzrə
pley-off mərhələsinin final oyunları keçirilib.
AzerTimes-ın məlumatına görə, ilk final oyununda Polşa yığması İsveç
komandası ilə qarşılaşıb. Oyun Polşanın 2:0 hesablı qələbəsi ilə
yekunlaşıb.
Oyunda qolları R.Levandovski (49 dəqiqə) və P.Zelinski (73)
vurublar.
Digər oyunda Portuqaliya yığması Şimali Makedoniya yığması ilə
qarşılaşıb. Oyun portuqaliyalıların 2:0 hesablı qələbəsi ilə başa
çatıb.
Oyunda qolları B. Fernandeş (32 və 65) vurub.
Beləliklə, Polşa və Portuqaliya Dünya Çempionatında vəsiqə
qazanıblar.