Porsche 1,6 min avtomobili Çin bazarından geri çağıracaq

“Volkswagen” qrupuna daxil olan Almaniyanın “Porsche” şirkəti gələn ay Çin bazarından 1571 nəqliyyat vasitəsi çıxarmağı planlaşdırıb.

AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Çin Xalq respublikasının Bazar Tənzimlənməsi üzrə Dövlət İdarəsi məlumat verib.


2 Fevral 2021 – 11 May 2021 arasında istehsal edilən, Panamera və Taycan idxal edilən avtomobillərə aid olacaq.