Ukraynada yeni dövlət çevrilişinin hazırlanması ilə bağlı keçmiş Prezident Pyotr Poroşenko və onun silahdaşları barəsində cinayət işi açılıb.
Ukrayna Ali Radasının “Müxalifət platforması – Həyat üçün” Partiyasından olan deputatı Renat Kuzmin bu barədə bildirib.
Kuzmin iddia edir ki, Poroşenko və onun ətrafı “əslində dövlət çevrilişi olmuş “Maydan” dövründə olduğu kimi, dövlət hakimiyyətini zorla ələ keçirməyə hazırlaşır”.
O, həmçinin Baş Prokurorunun Ofisindən sənədlərin skan sürətini dərc edib, burada işin oktyabrın 1-də başlandığı göstərilib.