Ukrayna qoşunlarının əks-hücumu yaxın bir neçə saat ərzində başlayacaq.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın eks-prezidenti Pyotr Poroşenko deyib.
“Nə vaxt başlayacaq? Həftələr yox, günlər yox, saatlar sonra. Bunu əks-hücum adlandırmamağa çağırıram. Bu, Ukraynaya edilən hücumda bizdən alınanları geri qaytarmaq üçün bir neçə nöqtədən aparılan “fırtına əməliyyatı”dır”, – o bildirib.