Poroşenko Bakı forumunda çıxış etdi

Poroşenko Bakı forumunda çıxış etdi

Güman edirəm ki, bir həftə sonra Ukrayna Aİ-də namizəd statusu alacaq.

AzerTimes xəbər verir ki, bunu Ukrayna sabiq prezidenti Petro Poroşenko IX Qlobal Bakı Forumunun panel müzakirələrində onlayn çıxışı zamanı bildirib.

O, ölkəsinin bunun üçün çox şeydən keçdiyini vurğulayıb.

Petro Poroşenko forumun keçirilməsinə və belə bir aktual qlobal platformanın yaradılmasına, həmçinin IX Qlobal Bakı Forumunda Ukrayna məsələsinin müzakirə edilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

“Ukraynada müharibə dayanmayınca dünyada sabitlik olmayacaq. Dünyanın gələcəyi hazırda Ukraynada həll olunur”, – Poroşenko əlavə edib.

Onun sözlərinə görə, Rusiyaya qarşı daha çox sanksiyalar tətbiq edilməli və Ukraynaya daha çox silah verilməlidir.

Teqlər: