ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo Ukrayna ordusuna şəxsən hərbi təlim keçdiyini bildirib.
AzerTimes xəbər verir ki, o, bu barədə Afinada iqtisadçılar qarşısında çıxış edərkən deyib.
“Bu gün (Ukraynada – red.) baş verənlərin kökü fevralın 24-də deyil. Hər şey daha əvvəl başlayıb”, – o bildirib.
Onun sözlərinə görə, Ukrayna müharibədə vəziyyəti öz xeyrinə dəyişəcək:
“Bununla da gələcəkdə rus döyüşçüləri arasında ağır itkilər Vladimir Putini müharibəni dayandırmağa məcbur edəcək”.