ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo aprelin 3-də Ukraynaya səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, səfər 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd ola biləcək Pompeoya Ukraynaya dəstəyini nümayiş etdirmək imkanı verəcək:
“Bu səfərlə Pompeo Ukraynaya şübhə ilə yanaşan Tramp və Ron Desantis kimi respublikaçı namizədlərdən uzaqlaşa biləcək”.