Pompeo bu yapon şirkətində məsləhətçi oldu

Pompeo bu yapon şirkətində məsləhətçi oldu

Yaponiyanın ən böyük polad istehsalçısı olan “Nippon Steel Cooperation” ABŞ-ın sabiq prezidenti Donald Trampın keçmiş müşaviri Mayk Pompeonu işə götürüb.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Şirkət Pompeonu 14,1 milyard dollarlıq “United States Steel”in alınmasına kömək etməsi üçün məsləhətçi kimi işə götürüb.

Yapon şirkəti yazılı açıqlamada məlumatı təsdiqləyib.

Pompeo isə açıqlamasında ABŞ-ın müttəfiqləri ilə əməkdaşlıq edərək istehsal bazasını genişləndirməli olduğunu söyləyib.

Qeyd edək ki, “Nippon Steel Cooperation” Yaponiyada ən böyük xam polad istehsalçısıdır və dünyada üçüncüdür.

Teqlər: