Pomidor ucuzlaşacaq

Pomidor ucuzlaşacaq

Yaxın zamanlarda pomidorun qiymətində ucuzlaşma müşahidə ediləcək. Çünki açıq sahədə yetişən pomidorun kütləvi yığımına başlanıb.

AzerTimes xəbər verir ki, bunu Bakupost.az-a iqtisadçı ekspert Akif Nəsirli bildirib.

O qeyd edib ki, son vaxtlar əlverişsiz və qeyri-sabit keçən hava şəraiti məhsuldarlığı aşağı salıb:

“Məhsullar satış üçün yararlı olmadı. Buna görə də, bazarlarda məhsul qıtlığı yarandı və nəticədə qiymətlər qalxdı. Meyvə-tərəvəzi bahalaşdıran başlıca səbəb isə yanacağın qiymətinin artmasıdır. Daşınma qiyməti də məhsulun satış qiymətinə təsir göstərdi”.

İqtisadçının sözlərinə görə, bu gün fermerlərin bazara çıxış imkanları məhduddur:

“Bölgələrdə ucuz olan məhsul paytaxtda çox bahadır. Çünki fermer məhsulunu 15 dəqiqəlik deyil, daha uzun məsafə qət edərək bazara çıxarmalıdır. Bunun da qiymətlərə çox böyük təsiri var”.

Teqlər: