Xəbər - Çingiz Səfərli – Trend:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
AQTA-dan Trend-ə verilən məlumata görə, agentliyin fitosanitar müfəttişləri tərəfindən Xaçmaz regional bölməsinin inzibati ərazi vahidinə daxil olan rayonlarda yerləşən pomidor istixanalarında zərərli orqanizmlərin aşkar edilməsi və onlara qarşı mübarizə tədbirlərinin aparılması məqsədilə keçirilən monitorinqlər zamanı bitkilərin becərilməsi, həmçinin təhlükəsizlik qaydalarına əməl olunması barədə sahibkarlara müvafiq tövsiyələr verilib.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda müayinələrin aparılması üçün məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.
Twitter: @cingizsafarli