Polyaklar gənc ukraynalı kişiləri görəndə… – Nazir

Polyaklar gənc ukraynalı kişiləri görəndə… – Nazir

Polşa hərbi çağırış yaşında olan ukraynalı kişiləri ölkəsinə qaytarmağa kömək edə bilər.

AzerTimes xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.

“Düşünürəm ki, bir çox polyaklar otellərdə və kafelərdə gənc ukraynalı kişiləri görəndə və Ukraynaya kömək etmək üçün nə qədər səy göstərməli olduğumuzu eşidəndə qəzəblənirlər”, – deyə nazir bildirib.

Qeyd edək ki, Ukrayna hökuməti hərbi çağırış yaşında olan kişilərə pasportların xarici diplomatik missiyalarda deyil, yalnız ölkə daxilində verilə biləcəyi qaydalarını açıqlayıb.

Nəticədə xaricdə yaşayan 18-59 yaş arası ukraynalı kişilər pasportlarını yeniləyə və yeni pasport ala bilməyəcəklər.

Teqlər: