Avropa Şurasının İnkişaf Bankı (CEB) ukraynalı qaçqınlara görə Polşa hökuməti ilə 450 milyon avro məbləğində kredit sazişi imzalayıb.
AzerTimes xəbər verir ki, bu barədə Avropa Şurasının İnkişaf Bankı (CEB) məlumat yayıb.
“Bu gün təsdiq etdiyimiz kreditin həcmi CEB-in Polşaya vaxtında dəstək verərək görünməmiş iqtisadi çağırış və humanitar faciəni əvvəlcədən aradan qaldırmaq əzmini nümayiş etdirir”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı irimiqyaslı müharibəsindən bəri Polşaya 4,3 milyona yaxın qaçqın keçib.