Noyabrın 15-də axşam saatlarında Ukrayna ilə sərhəddə yerləşən Polşa ərazisinə iki raketin düşməsi dünya müharibəsi ehtimalını artırır.
AzerTimes xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
“Ukraynanın Polşa fermasına “raket zərbəsi” vurması hekayəsi yalnız bir şeyi sübut edir: Qərb Rusiya ilə hibrid müharibəsi ilə dünya müharibəsi ehtimalını artırır”, – Medvedev bildirib.
Qeyd edək ki, 15 noyabrda Polşaya düşən iki raket nəticəsində 2 mülki şəxs həlak olub. Raketlərin Rusiyadan atıldığı ehtimalı hələ təsdiqlənməyib.