Polşaya qəsdən hücum edildiyini göstərən heç bir dəlil yoxdur.
AzerTimes xəbər verir ki, bu sözləri Polşa Prezidenti Andjey Duda deyib.
“Heç nə bunun Polşaya qəsdən hücum olduğunu göstərmir. Raketin ərazimizə düşməsi düşünülmüş hərəkət deyildi. Bu raket Polşaya yönəlməyib”, – prezident bildirib.
Qeyd edək ki, 15 noyabr gecəsi Polşanın Ukrayna ilə sərhəddəki Lyublin ərazisinə iki raket düşüb, nəticədə iki mülki şəxs həlak olub. Polşa raket zərbəsində Rusiyanı ittiham etsə də, Moskva bu ittihamları rədd edib.