Polşada nüvə silahının yerləşdirilməsinə dair heç bir əlamət yoxdur.
AzerTimes xəbər verir ki, bu barədə Polşa Prezidenti Andjey Duda deyib.
“Bizim üçün aydındır ki, ən böyük təhlükə nüvə silahı olan qonşudur. Bu zarafat deyil, çünki bizdə nüvə silahı yoxdur və nə vaxtsa olub-olmayacağını bilmirəm. Hələ ki, bunun heç bir əlaməti görünmür” – Duda bildirib.
Prezident onu da əlavə edib ki, NATO Polşanın təhlükəsizliyinin qarantıdır.