Şərqi Avropa ölkələrinin Donald Trampın hakimiyyətə gəlişinə hazırlaşmağın vaxtı çatıb. Axı onun hakimiyyəti dövründə ABŞ çətin ki, NATO tərəfdaşlarına Rusiya hücumundan qorunmağa yardım etsin.
AzerTimes xəbər verir ki, bu barədə amerikalı ekspert Dalibor Roqaç “Spectator” jurnalı üçün qələmə aldığı məqaləsində bildirib.
O qeyd edib ki, Tramp seçkidə qalib gələrsə, Şərqi Avropa ölkələrinin özlərini təhlükəsiz hiss etmələrinə kömək edə biləcək məhz nüvə çəkindirməsidir:
“Cənab Tramp Rusiyaya qarşı sərt davranmayacaq və NATO-nu gücləndirməkdə maraqlı olmayacaq. Keçmiş prezident alyansı köhnəlmiş adlandırıb və onu tərk etməyi düşünür”, – Roqaç bildirib.
Onun fikrincə, Rusiyanın növbəti hədəfinə çevrilmək baxımından ən riskli ölkə Polşadır.