Polşadakı NATO anbarlarında minlərlə hərbi texnika saxlanacaq.
AzerTimes xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib.
Baş nazirin sözlərinə görə, Polşada NATO-nun şərq cinahının arxa cəbhəsi yaradılacaq:
“Bir neçə min NATO hərbi texnikası Povidzedə və Polşanın bəzi digər ərazilərində saxlanılacaq. Bu tanklar, piyadaların döyüş maşınları (PDM) NATO-nun şərq cinahını tez bir zamanda aktivləşdirəcək müxtəlif növ silahlardır”, – o bildirib.