Polşaya maşın gətirməyə gedən azərbaycanlı öldürüldü

Polşaya maşın gətirməyə gedən azərbaycanlı öldürüldü

Marneuli (Sarvan) bələdiyyəsinin Sabirkənd kəndisinin sakini 40 yaşlı Famil Musayev Polşada qətlə yetirilib.

AzerTimes Gürcüstan mediasına istinadən xəbər verir ki, sözügedən şəxs bir müddət bundan öncə Polşaya avtomobil gətirmək məqsədi ilə gedib.

Hadisənin hansı zəmində və kim tərəfindən törədildiyi hələ məlum deyil. Faktla bağlı araşdırma başladılıb.

Teqlər: