Polşa hava məkanı üzərində uçan NATO təyyarəsi ölkə ərazisinə atılan raketin izinə düşüb.
AzerTimes xəbər verir ki, bu barədə CNN Alyansın sözçüsünə istinadən məlumat yayıb.
“Radar izləri olan məlumat NATO və Polşaya verilib”, – məlumatda deyilir.
NATO sözçüsü Polşada izlənilən raketin kim tərəfindən və haradan atıldığını açıqlamayıb.
Qeyd edək ki, ötən gün Rusiyanın Ukraynaya atdığı bildirilən raketin Polşaya düşməsi nəticəsində 2 mülki şəxs həlak olub. Rusiya raketin ona məxsus olması barədə xəbəri təkzib edib.