Polşa Ukraynaya indiyə qədər hərbi və humanitar yardıma ÜDM-in 3,3%-ni xərcləyib ki, bu da təxminən 100 milyard zloti (26 milyard dollardan çox) təşkil edir.
AzerTimes xəbər verir ki, bu barədə Polşa Prezidenti Andjey Duda deyib.
O bildirib ki, Varşava Ukraynaya 400-ə yaxın T-72, PT-91, “Leopard” tankları və zirehli transportyorlar, piyadaların döyüş maşınları, “Krab” özüyeriyən haubitsaları, reaktiv yaylım atəşi sistemləri, 10 MiQ-29 təyyarəsi və 10 helikopter göndərib.