Polşanın əsassız və axmaq tələbləri… – Lukaşenko

Polşanın əsassız və axmaq tələbləri… – Lukaşenko

Polşa və Baltikyanı ölkələr “Vaqner”in Belarusdan çıxarılmasını tələb etməzdən əvvəl əcnəbi hərbçiləri öz ərazilərindən çıxarmalıdırlar.

AzerTimes xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Onlar o səviyyəyə eniblər ki, artıq “Vaqner”in Belarusdan çıxarılmasını tələb edirlər. Bununla yanaşı, özləri hərbi büdcələrini artırır, sərhədlərimizə iri qoşun bölmələrini yeridirlər. Cavab sadədir: Nə Polşada, nə də Baltikyanı ölkələrin ərazisində bir dənə də əcnəbi hərbi qulluqçu olmalı deyil. O zaman bizə ərazimizdəki xarici hərbi qüvvələrlə bağlı irad bildirə bilərlər. Hələlik isə bunlar əsassız və axmaq tələblərdir”, – Lukaşenko bildirib.

Teqlər: