Polşanın Avropada məqsədi budur – Moravetski

Polşanın Avropada məqsədi budur – Moravetski

Polşanın məqsədi Mərkəzi Avropa üçün enerji habı və enerji təhlükəsizliyi təminatçısına çevrilməkdir.

AzerTimes xəbər verir ki, bunu Polşanın Baş naziri Mariuş Moravetski deyib.

Baş nazir qeyd edib ki, Polşa artıq mayeləşdirilmiş təbii qazın (LNG) qəbulu, saxlanması və yenidən qazlaşdırılması üçün üzən terminala sərmayə qoyub və Baltik dənizi sahillərində Qdansk yaxınlığında Naftoport xam neft emalı zavodunu genişləndirir:

“Bu infrastruktur gələcəkdə Polşadan olan alıcılar, eyni zamanda, Ukrayna, Çexiya, Slovakiya, Macarıstan kimi ölkələrdən olan tərəfdaşlarımız tərəfindən istifadə edilə bilər”.

Teqlər: