Polşanın təhlükəsizliyi üçün Almaniya “Patriot” hava hücumundan müdafiə sistemlərini Ukraynaya təklif etsə, daha yaxşı olardı.
AzerTimes xəbər verir ki, bu sözləri Polşanın hakim “Hüquq və Ədalət” partiyasının rəhbəri Yaroslav Kaçinski deyib.
“Təklif, əlbəttə ki, maraqlıdır. Qeyd etmək istəyirəm ki, burada şəxsi fikrimi bildirirəm, lakin düşünürəm ki, Polşanın təhlükəsizliyi üçün almanlar bu texnikanı ukraynalılara ötürsələr, Ukrayna ekipajlarına təlim keçsələr, daha yaxşı olardı. Bir şərtlə ki, batareyalar Ukraynanın qərbində yerləşdirilsin. O zaman bu, S-300-dən daha effektiv şəkildə düşmən raketlərini vurmağa imkan verərdi”, – Kaçinski bildirib.
Onun fikrincə, bu, Polşanı Pşevoduda baş verən – raketin düşməsi kimi hadisələrdən qoruyar.