Polşadan Ukraynaya təklif: Öz qırıcılarımızı verək!

Polşadan Ukraynaya təklif: Öz qırıcılarımızı verək!

Polşa özünün MiQ-29 qırıcılarını Ukraynaya verməyə hazırdır.

AzerTimes xəbər verir ki, bu barədə Polşa Prezidenti Andjey Duda deyib.

“Hərbi Hava Qüvvələrimizin xidmətində olan işlək MiQ-29 təyyarələrini təhvil verməyə hazırıq. Əminəm ki, Ukrayna onlardan istifadə edə biləcək, çünki hazırda Ukraynada bunları idarə edə biləcək pilotlar var”, – dövlət başçısı bildirib.

Duda Ukraynaya gələcəkdə F-16 qırıcılarının da veriləcəyinə əmin olduğunu söyləyib.

Teqlər: