Ukrayna hələ də Rusiya ilə bərabər şəraitdə mübarizə aparmaq üçün lazımi silahlara malik deyil.
AzerTimes xəbər verir ki, bunu Polşa xarici işlər nazirinin müavini Vladislav Teofil Bartoşevski deyib.
O, Qərbi Kiyevə daha çox yardım göstərməyə çağırıb:
“Ukraynanın Rusiya ilə münaqişədə gec-tez uduzacağı mövqeyini bölüşmürəm. Kiyevin təkcə Krımda deyil, həm də Rusiyanın ərazisindəki hədəfləri vura biləcək daha yaxşı silahlara və raketlərə ehtiyacı var”.