Ölkə prezidenti Andjey Dudanın Krımın Ukraynadan çox Rusiyaya məxsus olması fikri ilə razıyam.
AzerTimes xəbər verir ki, bunu Polşa Seyminin vitse-spikeri Kşiştof Bosak deyib.
“Prezident həqiqəti söylədi. Polşada ukraynayönlü siyasi korrektə tətbiq etmək cəhdləri var, lakin biz Ukrayna diplomatiyasının xətti ilə rezonans yaratmaq üçün mövcud deyilik”, – Bosak bildirib.
Qeyd edək ki, bundan öncə A.Duda Krımın tarix boyu Ukraynaya nisbətdə daha çox Rusiyanın nəzarətində olduğunu bildirib və Kiyevin yarımadanı geri qaytaracağına əmin olmadığını söyləmişdi.