İyunun 1-dən etibarən Rusiya və Belarus nömrəli yük maşınlarının Polşa sərhədini keçməsi qadağan edilir.
AzerTimes xəbər verir ki, bu barədə Polşa daxili işlər və administrasiya naziri Mariuş Kaminskinin fərmanında qeyd olunub.
Sənədə əsasən, yük avtomobilləri, traktorları, qoşqular, o cümlədən yarımqoşqular, həmçinin Belarus və ya Rusiyada qeydiyyatda olan avtomobillər növbəti bildirişə qədər Polşa ilə sərhədi keçə bilməyəcək.