Əgər Belarus Polşa ilə yaxşı əlaqələrinin olmasını istəyirsə, bunun yolu olduqca asandır. Sərhədlərimizə hücumları dayandırmaq, Belarus həbsxanasındakı Andjey Poçobuta və digər mindən çox məhbusu azad etmək…
AzerTimes xəbər verir ki, bu sözləri Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski Belarus lideri Aleksandr Lukaşenkonun gözlənilməz açıqlamasını şərh edərkən deyib.
O bildirib ki, ölkəsi heç vaxt Minskə qarşı düşmən niyyəti olmayıb və hazırki münasibətlərə görə, Belarus hakimiyyəti məsuliyyət daşıyır:
“Belarus sadəcə olaraq Polşaya düşmən münasibət bəsləyən ölkədir”.
Qeyd edək ki, A.Lukaşenko Polşa ilə əlaqələrin nizama salınması üçün hökumətə tapşırıq verib.