Polşa hakimiyyəti öz vətəndaşlarını Belarus ərazisini tərk etməyə çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Qeyd edək ki, bu gün Belarus lideri Lukaşenkonun Ukraynanın ölkəsinə zərbə endirməyə hazırlaşdığı və buna görə də sərhədə Rusiya-Belarus birgə qoşunlarının yerləşdirildiyini açıqlaması narahatlıq doğurub. İddialara görə, Lukaşenko Ukraynaya ikinci cəbhə açmağa hazırlaşır.