Polşada Poznan – Xerson reysini həyata keçirən avtobus qəzaya uğrayıb.
AzerTimes-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 5 nəfər həlak olub, 40 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan 14-nün vəziyyəti ağırdır.
Məlumata əsasən, avtobusda 57 sərnişin olub və onlar Ukrayna vətəndaşları olub.
Qəzanın səbəbi barədə məlumat verilmir.