

22:58
Polşada prezident seçkilərinin ikinci turunun nəticələri ilə bağlı ilk ekzit-poll nəticələri açıqlanıb.
AzerTimes xəbər verir ki, “İpsos” mərkəzinin açıqladığı məlumata görə Varşava meri Rafal Tşaskovski 50,1 faiz, Milli Yaddaş İnstitutunun direktoru Karol Navrotski isə 49,9% səs toplayıb.
Qeyd edək ki, 29 milyon polyak seçkinin ikinci turunda səs vermək hüququna malikdir.
***
Polşada prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, seçki məntəqələri yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə 23:00-da) bağlanıb.
İkinci turda hakim Vətəndaş Koalisiyasının namizədi, Varşava meri Rafal Tşaskovski 50,3% səslə aparıcı müxalifət partiyası “Hüquq və Ədalət” (PiS) tərəfindən dəstəklənən Polşa Milli Yaddaş İnstitutunun direktoru Karol Navrotskiyə ( 49,7%) qalib gəlib.
Qeyd edək ki, seçkilərdə 32 min səsvermə məntəqəsində təxminən 29 milyon seçici səs verib.