Polşada mədən partlayışı nəticəsində 5 nəfər ölüb

Polşanın cənub-qərbindəki Pnevek kömür mədənində ard-arda iki
partlayış baş verib.

Trend-in
məlumatına görə, hadisə nəticəsində 5 nəfər həlak olub. Bu barədə
Polşanın baş naziri Mateuş Moravetski bildirib.

Onun sözlərinə görə, 20 nəfər ağır xəsarətlərlə xəstəxanaya
yerləşdirilib.

Daha yeddi nəfərin mədəndə qaldığı deyilir. Hazırda hadisə
yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd olunur ki, birinci partlayışdan sonra xilasetmə işləri
aparılarkən ikinci partlayış baş verib.