Yaxın günlərdə Polşada azot gübrələrinin çatışmazlığı səbəbindən ərzaq istehsalı dayana bilər.
AzerTimes xəbər verir ki, bu barədə “Polityka” nəşri məlumat yayıb.
“Azot gübrələrinin istehsalının dayandırılması fermerlərə zərbə vuracaq, eyni zamanda bir neçə gün ərzində ölkədə bütün ərzaq istehsalını iflic vəziyyətinə sala bilər”, – məlumatda bildirilib.
Nəşr qeyd edib ki, yaxın günlərdə mağazaların rəflərindən ət məhsulları, pendir və içkilər yoxa çıxa bilər:
“Əgər hökumət ayılmasa, bizi Armegeddon gözləyir”.