Mərkəzi Avropa ölkələrində bir neçə gündən bəri davam edən aramsız yağışlar çaylar və su hövzələrində suyun səviyyəsinin artmasına, daşqınların baş verməsinə səbəb olub.
AzerTimes Azərtac-a istinadən xəbər verir ki, Polşanın cənub-qərbində Stronie Slaskie ərazisində su bəndi artan təzyiqə davam gətirməyərək uçub. Bu isə Biala Ladeçka çayında suyun artmasına və onun töküldüyü Nısa-Klodzka çayı boyunca yerləşən yaşayış məntəqələri üçün təhlükəli vəziyyətə səbəb olub.
Təbii fəlakətlə əlaqədar polis və ordu birləşmələri də əraziyə cəlb edilib. Polşanın Klodzko regionunda 1600 nəfər təxliyə edilərək təhlükəsiz əraziyə yerləşdirilib.
Hazırda Polşa ilə yanaşı, Çexiya və Rumıniyada da minlərlə insan daşqınlara görə təxliyə olunub, minlərlə evin elektrik enerjisi kəsilib.
Polşa hökuməti daşqın və kəskin hava şəraiti ilə əlaqədar bir nəfərin həlak olduğunu təsdiqləyib.