Polşada bıçaqlı şəxs sakinlərə hücum edib, yaralılar var

Xəbər - Orxan Nəbiyev – Trend:

Polşanın Torun şəhərində bıçaqla silahlanmış şəxs sakinlərə hücum edib.

Trend-in məlumatına görə, hadisə nəticəsində dörd nəfər yaralanıb.

Yaralanan şəxslər xəstəxanaya yerləşdirilib, onların həyatına təhlükə olmadığı deyilir.

Qeyd olunur ki, hücum edən şəxs narkotik maddələrin təsiri altında olub. Polis onu saxlamaq üçün elektroşoker qurğusundan istifadə edib.