Polşada Ukrayna üçün “Bayraqdar” PUA-sını almaq üçün kifayət qədər pul toplanılıb.
AzerTimes xəbər verir ki, bu barədə Polşa mətbuatında məlumat yayılıb.
Məlumata görə, aksiyada 200 mindən çox insan iştirak edib və təxminən 5 milyon dollar pul toplanıb.
Eyni zamanda, təşəbbüsə qoşulmaq istəyənlər olduğu üçün yığım daha dörd gün davam edəcək.