Polşada Azərbaycan vətəndaşının meyiti tapılıb.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, bu barədə Polşada yaşayan həmyerlimiz Fərid Cəfərli məlumat verib.
O bildirib ki, şəxsiyyəti hələ də açıqlanmayan 39 yaşlı Azərbaycan vətəndaşı kirayə qaldığı otaqda başından güllələnib. İlkin rəyə əsasən şəxsin özünü öldürdüyü ehtimal edilir.
Hadisənin 2-ci Dünya müharibəsi silahı ilə tördildiyi qeyd edilir.
Hadisə ilə əlaqədar Polşanın hüquq-mühafizə orqanları araşdırma aparır.